Accessibility links

İraq kürdlərinin Kobanidə döyüşlərdə iştirak etməsilə bağlı hələlik razılıq əldə olunmayıb


Kobanidə İslam Dövləti qrupuna qarşı döyüşən Suriyalı kürdlərinin sözçüsü bildirib ki, İraqda kürd Peşmərgə qüvvələrinin döyüşlərdə iştirak etməsilə bağlı hələlik heç bir razılıq əldə edilməyib.

İdris Nassan Amerikanın Səsinə deyib ki, kürd liderlər İraqın Kürdistan regionunda görüş keçirir və Kobaniyə gələcək hər hansı bir qüvvə həmin ərazinin yerli rəsmiləri ilə əməkdaşlıq etməlidir.

Türkiyə bu həftənin əvvəli İraqdan Peşmərgə döyüşçülərinin Kobaniyə keçməsinə icazə verəcəyini elan edib. Kobani beynəlxalq ictimaiyyətin İslam Dövləti qrupuna qarşı mübarizəsində başlıca mərkəzlərdən birinə çevrilib.

Kürd döyüşçülər və İslam Dövləti militantları arasında həftələrdir sürən döyüşlərin davam etdiyinə işarə olaraq Kobani üzərində yenə də qara tüstünün qalxdığı görünür.

İdris Nassan bildirib ki, ABŞ-ın başçılığı ilə keçirilən hava hücumları kürd döyüşçülərin militantların Kobaninin mərkəzini ələ keçirməsinin qarşısını ala bilməsinı kömək edib.

XS
SM
MD
LG