Accessibility links

İraqda islamçı yaraqlı qrupu İslam Dövləti Mosul şəhəri yaxınlığındakı Zumar və Sinjar şəhərləri və bir neft sahəsini ələ keçirib. Şəhərlər kürd qüvvələri ilə qızğın döyüşlər nəticəsində tutulub.

Fransanın xəbər agentliyinin BMT rəsmisinə istinadən bildirdiyinə görə, Sinjar şəhərinin 200 min sakini evlərini tərk edib.

Bu iki şəhərin ələ keçirilməsi ilə islamçılar İraqın şimal bölgəsində ələ keçirdikləri sahələri genişləndirib. İyul ayında onlar Mosul və Tıkrıtın nəzarətini itirib. Qrup Suriya sərhəd bölgəsində xəlifət elan edib.

XS
SM
MD
LG