Accessibility links

İraq "İslam Dövlətini yaradan şəxsi" öldürdüyünü deyir


İraq rəsmiləri deyir ki, hərbi əməliyyat zamanı İraqın sabiq lideri Səddam Hüseynin yaxın yardımçısı İzzət İbrahim Əl-Duri öldürülüb.

Səlahuddin vilayətinin qubernatoruna istinad edən Əl-Ərəbiyyə televiziyası deyib ki, Əl-Duri İraqdakı İslam Dövlətinin yaradılması planlarını hazırlayan şəxs olub və onun öldürülməsi qrupa ağır zərbədir.

Yayılan xəbərlərdə deyilir ki, cəsədin həqiqətən Əl-Duriyə aid olduğunu təsdiq etmək üçün DNK testi də aparılacaq. Onun hazırki şiələrin rəhbərlik etdiyi İraq hökumətinə qarşı döyüş qruplaşmaları idarə etdiyi deyilir.

Bu gün Əl-Durinin öldürüldüyü göstərən foto sosial şəbəkələrdə yayılmağa başlayıb.

Əl-Durinin adı ABŞ-ın 2003-cü ildə elan etdiyi ən çox axtarılan İraq hökumət rəsmiləri siyahısına daxildir.

XS
SM
MD
LG