Accessibility links

İraqın paytaxtı Bağdadda intiharçı hücumları nəticəsində 66 adam həlak olub.

9 hücum Sabi Əl-Bur, Bəyaa və Bağdadın mərkəz bölgəsi daxil edilməklə, sünnilərin yaşadığı məhəllərlərdə baş verib.

Maşına yerləşdirilmiş bomba partlayışlarının məsuliyyətini üzərinə alan olmayıb.

Son zamanlar İraq təriqətlərarası münaqişələrə səhnə olub. Təkcə bu ay İraqda bu zəmində baş verən zorakılıqlar nəticəsində yüzlərlə insan həlak olub.

İraqın sünni azlığı hakim şiələri onları siyasi ayrı-seçkiliyə məruz qoymaqda ittiham edir.
XS
SM
MD
LG