Accessibility links

İraq polisi əsasən şiələrin məskunlaşdığı ərazidə silsilə partlayışlar zamanı təxminən 28 nəfərin öldüyünü deyib.

Ölümcül hücumlar dünən yanacaq sənayesi mərkəzi kimi tanınan Bəsrə də daxil olmaqla İraqın mərkəz və cənub bölgəsini hədəf alıb. Avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində səkkiz nəfər həlak olub, təxminən 15 nəfər yaralanıb.

Digər hücumlar Kut, Nasiriyə və şiələrin müqəddəs Kərbəla şəhərində baş verib.

Partlayış iftardan bir qədər əvvəl baş verib.

Hadisəyə görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin təhlilçilər deyir ki, İraqın şiələrin rəhbərlik etdiyi hökumətindən sünni üsyançıların narazalığı iğtişaşlara yol açır.
XS
SM
MD
LG