Accessibility links

İraqda silsilə hücumlar nəticəsində 50-dən artıq adam həlak olub


İraqın 11 şəhərində silsilə hücumlar nəticəsində 50-dən artıq adam həlak olub, 250 nəfər yaralanıb. Amara şəhərində iki maşına yerləşdirilən bomba partlayışları nəticəsində 14 adam, Balad şəhərində 11 əsgər öldürülüb.

Neftlə zəngin Kərkük şəhərində hərbi xidmətə çağırış məntəqəsində 7 nəfər hücumun qurbanı olub.

Polis Nəsriyyə şəhərində də bir neçə hücum həyata keçirildiyini bildirir.

Hücumların məsuliyyətini üzərinə alan olmayıb.
XS
SM
MD
LG