Accessibility links

Kərkük şəhərində sünni məscidlərinə hücumlar olub


Dünən gecə və bu gün səhər İraq boyu həyata keçirilən zorakılıqlar azı 20 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Dünən gecə paytaxt Bağdaddan 290 km-lik məsafədəki Kərkük şəhərinin iki sünni məscidinə edilən bomba hücumları zamanı 7 nəfər öüb, 24 nəfər yaralanıb.

Polis və xəstəxana rəsmiləri gecə radələrində Bağdadın Dora məhəlləsində sünni məscidinə edilən hücum zamanı 4 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını bildirib.

Son bir-iki ayda ölkədə zorakılıqlar vüsət alıb və ölkədə azlıq təşkil edən sünnilərin İraqın şiə hökumətinə qarşı etirazları artıb.
XS
SM
MD
LG