Accessibility links

İraqda silsilə partlayışlar baş verib


İraqda silsilə partlayışlar təxminən 10 nəfərin ölümünə, 40-dan çoxunun isə yaralanmasına səbəb olub. Ölümcül hücumlar bu gün Bağdadın cənubunda, Müsseyib vilayətində baş verib. Partlayış yeddi nəfərin həyatına son qoyub.

Ölümcül avtomobil partlayışı paytaxtın cənubunda yerləşən Hillə vilayətinə də zərər yetirib. Digər hücumlar isə şimalda Kərkük şəhərində baş verib.

Rəsmilərin sözlərinə görə, partlayışlar hökumət rəsmiləri və şiə zəvvarları hədəf almaq məqsədi daşıyıb.
XS
SM
MD
LG