Accessibility links

ABŞ dövlət katibi Con Kerri Bağdada əvvəlcədən elan edilməmiş səfər edib.

Kerri baş nazir Heydər Əl-Abadi və Kürdüstan regional hökumətinin baş naziri Neşrivan Barzani də daxil olmaqla bir sıra rəsmilərlə danışıqlar aparmaq məqsədi ilə bu gün Bəhreyndən İraqa gedib.

Kerrinin təhlükəsizlik sahəsində, eləcə də iqtisadi və siyasi sınaqlarla qarşılaşan İraq hökumətinə ABŞ-ın güclü dəstəyini vurğulayacağı gözlənilir.

Səfər İraqın başçılıq etdiyi qüvvələrin şimalda Mosul şəhərini İŞİD qüvvələrindən geri alması ilə eyni vaxta təsadüf edir. Mosul şəhəri 2014-cü ildə İŞİD yaraqlıları tərəfindən işğal edilmişdi.

Kerri Yaxın Şərqə və Asiya ölkələrinə bir həftəlik səfərdədir.

XS
SM
MD
LG