Accessibility links

İraqda bir neçə intiharçı hücumu həyata keçirilib


Bu gün İraqın şimalında intiharçılar partlayıcı qurğular yüklənmiş avtomobilləri partladaraq 10-dan çox insanı öldürüb.

Kərkükdə törədilən iki fərqli avtomobil partlayışında 15 nəfər həlak olub. Onlardan biri Kürdüstan Demokratik Partiyasının ofisinin qarşısında baş verib. Hücum zamanı 100-dən çox insan yaralanıb.

Bundan əlavə paytaxt Bağdadın şimalındakı Tuz Xurmatu şəhərində avtomobil partlayışında dörd nəfər həlak olub.

Partlayışın məsuliyyətini üzərinə götürən olmayıb.

Bu gün yüzlərlə insan İraqın qərbi Anbar vilayətində dünən intiharçı hücumunda öldürülən sünni qanunverici İfan Saadun əl-Essavinin dəfn mərasiminə yığışıb.

Əl-Essavi 2006-cı ildə Əl-Qaidəyə qarşı döyüşən ABŞ hərbi qüvvələrinə qoşulan silahlı sünni qəbilə dəstələrinin təsisçisi olub.
XS
SM
MD
LG