Accessibility links

İraqın şimalında həyata keçirilən silsilə bomba partlayışları azı 26 nəfərin ölümünə bais olub. İnsident mərkəzi hökumətlə azlıqda olan kürdlər arasında gərginliklərin artıdığı vaxta təsadüf edir.

Bombaların ikisi Kərkük vilayətində şiələrin yaşadığı Tuz Xurmatu bölgəsində, maşına yerləşdirilmiş digər bomba isə Mosul yaxınlığındakı Şabak yaşayış məntəqəsində partladılıb.

Bazar günü Kərkük və Calulada bomba partlayışları nəticəsində doqquz nəfər ölmüşdü.

Kürdlər neftlə zəngin Kərkük bölgəsini Kürdüstan muxtar idarəçiliyinə tabe etməyə çalışırlar. Həmin ərazidə yaşayan türkmənlər və ərəblər bu təşəbbüsün əleyhinə çıxırlar.
XS
SM
MD
LG