Accessibility links

İraq boyu bir neçə yaraqlı hücumu təxminən 70 nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olub.

Avtomobilə yerləşdirilmiş bomba partlayışları və intiharçı hücumlar da daxil olmaqla zorakılıqlara görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Dünən hücuma məruz qalmış şəhərlər arasında Kərkük yaxınlığındakı Tuz Kormatu şəhəri də olub. Bu şəhərdə avtomobil partlayışı zamanı üç nəfər öldürülüb, 20 nəfər isə yaralanıb.

Ən çox insan tələfatı ilə nəticələnmiş hücum Mosul şəhərində baş verib. Təhlükəsizlik qüvvələrinin hədəf alındığı hücum zamanı dörd avtomobildə yerləşdirilmiş bomba partlayışları nəticəsində 29 nəfər ölüb, 80 nəfər isə yaralanıb.
XS
SM
MD
LG