Accessibility links

İraq və kürd qüvvələri Mosul əməliyyatında üstünlüyə nail olduqlarını bildirir


İraq qüvvələri və kürd döyüşçüləri ölkənin ikinci ən böyük şəhərinin nəzarətinin İŞİD yaraqlılarından alınması əməliyyatları çərçivəsində Mosul ətrafında bir neçə kəndi ələ keçirdiklərini bildirib.

Beynəlxalq koalisiyanın havadan dəstəyi, eləcə də sünni icmalarının hərbi dəstələri və şiə hərbi qruplaşmalarının köməyilə həyata keçirilən əməliyyat ikinci gündür davam edir. Döyüşlər Mosul şəhərinin ətrafında və müxtəlif istiqamətlərdə üç cəbhədən aparılır.

ABŞ prezidenti Barak Obama Mosul uğrunda döyüşün asan olmayacağını, lakin İŞİD-in məğlub ediləcəyinə ümid bəslədiyini bildirib.

ABŞ hərbi qüvvələrinin əsgəri Mosul uğrunda döyüşlərin getdiyi zaman şəhər ətrafında Maxmur ərazisindəki hərbi bazada
ABŞ hərbi qüvvələrinin əsgəri Mosul uğrunda döyüşlərin getdiyi zaman şəhər ətrafında Maxmur ərazisindəki hərbi bazada

"Orada yəqin ki milyonlarla mülki əhali yaşayır. Buna görə də İŞİD-in kökünü kəsməklə yanaşı, döyüşlərdən qaçan mülki əhalinin təhlükəsiziyi və onlara humanitar yardım bizim diqqət mərkəzindədir"-deyə o bildirib.

Kürdüstan regionunun prezidenti Məsud Barzani əməliyyatın ilk günü 200 kvadrat kilometr ərazinin azad edildiyini bildirib. "Mosul azad ediləcək"-deyə o söz verib. Barzani onun döyüşçülərinin şəhərin Suriyada mühasirəyə alınmış Hələbin taleyini bölüşməməsi üçün mümkün hər şeyi edəcəklərini deyib.

Orada yəqin ki milyonlarla mülki əhali yaşayır. Buna görə də İŞİD-in kökünü kəsməklə yanaşı, döyüşlərdən qaçan mülki əhalinin təhlükəsiziyi və onlara humanitar yardım bizim diqqət mərkəzindədir
ABŞ prezidenti Barak Obama

Əməliyyatın başlaması ilə döyüşlərin getdiyi yerlərdə yüz minlərlə dinc əhalinin təhlükəsiziyi ilə bağlı narahatlıqlar mövcuddur.

İraq rəsmliəri Mosulda bir milyondan artıq mülki vətəndaş arasında tələfatlara yol verməmək üçün şəhərin mərkəzində davamlı həva hücumlarının keçirilməyəcəyini bildirib.

Beynəlxalq koalisiyanın nümayəndəsi əməliyyatın planlaşdırıldığı kimi getdiyni və yaraqlıların yüngül silahlar və əldəqayırma partlayıcılarla İraq və kürd qüvvələrinin qarşısını ala bilmədiyini bildirib.

Bu, beş il öncə ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılmasından sonra İraqda ən genişmiqyaslı hərbi əməliyatdır. Hərbi əməliyyatlarda İraq qüvvələrinin 94 min əsgəri, koalisiya qüvvələrinin və İraqın 90 təyyarəsi, sünni və şiə yarı-hərbi dəstələri iştirak edir.

İŞİD iki ildən artıqdır Mosula nəzarət edir.


Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG