Accessibility links

İraq Kürdüstanında son 6 ildə ilk dəfə güclü bomba partlayışı olub


İraqın adətən sakit bölgələrindənolan Kürd muxtar regionunda bu gün baş vermiş bomba hücumları təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında iğtişaşa yol açıb.

Rəsmilər deyir ki, vilayət paytaxtı Ərbildə İraq Kürdüstanının Daxili İşlər Nazirliyi binasının yaxınlığında iki avtomobilə yerləşdirilmiş bombanın partladılıb.

Qubernator Nəvzad Hadi Amerikanın Səsinə bildirib ki, təhlükəsizlik qüvvələri 4 yaraqlını güllə ilə vuraraq öldürüb. İnsident zamanı başqa bir nəfərin də öldüyü deyilir.

Bu, son 6 ildə İraq Kürdüstanında ilk böyük bomba partlayışı olub. Hadi deyib ki, burada Əl-Qaidənin "barmaq izləri" görünür. hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib.
XS
SM
MD
LG