Accessibility links

Çərşənbə axşamı İraqın mərkəz və şimal bölgələrində bomba hücumları və silahdan atəşlər nəticəsində azı 19 nəfər ölmüş, onlarla insan yaralanmışdır. Bundan bir gün əvvəl 70 nəfər qətlə yetirilmiş və beləliklə bu ay ölkədə baş verən zorakılıqlar 450 nəfərin ölümünə səbəb olmuşdur. Hücumların məsuliyyətini isə öz üzərinə götürən olmayıb.

Çərşənbə axşamı müxbirlərlə görüşü zamanı İraqın baş naziri Nuri Əl-Maliki ölkədə baş verənlərin İraqı 10 il geriyə, "qara günlərə" qaytardığını deyib. Baş nazir dinindən və siyasi baxışlarından asılı olmayaraq, bütün bu baş verənlərdə əli olan yaraqlı qrupların ələ keçiriləcəyinə söz verib.
XS
SM
MD
LG