Accessibility links

2014-cü ildə iki milyon iraqlı məcburi köçkün olub


Displaced Iraqi children, who fled from Islamic State violence in Mosul, play in a refugee camp on the outskirts of the Kurdish city of Erbil, Dec. 1, 2014.

Displaced Iraqi children, who fled from Islamic State violence in Mosul, play in a refugee camp on the outskirts of the Kurdish city of Erbil, Dec. 1, 2014.

Beynəlxalq müşahidəçilər iraqda zorakılıqlar nəticəsində bu il iki milyondan çox insanın məcburi köçkün olduğunu bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatı məcburi köçkünlərin böyük hissəsinin Nineva vilayətindən olduğu haqda məlumat verib. Vilayətdə məcburi köçkünlrin sayı bir milyona yaxındır. Ənbər vilayəti məcburi köçkünlərin sayına görə ikinci yerdə göstərilib.

Nineva və Ənbər vilayətləri İslam Dövləti qrupunun əməliyyatları, eləcə də İraq təhlükəsizlik qüvvələri və ABŞ-ın başçılığı ilə koalisiyanın koalisiyanın əks əməliyyatlarına səhnə olub.

Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi məlumata əsasən, məcburi köçkünlərin 47 faizi İraq Kürdüstanına pənah gətirib. Onların 45 faizi İraqın mərkəzində məskunlaşıb, digərləri isə ölkənin cənubuna üz tutub.

Beynəlxalq Miqrasiya Təşkilatının İraqdakı missiyasının başçısı Tomas Lothar Veyss bildirib ki, İraqda humanitar ehtiyacların təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin səylərinin koordinasiya edilməsi vacibdir.

XS
SM
MD
LG