Accessibility links

Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə, İslamçı yaraqlılar İraqın şimal bölgəsindəki Mosul şəhərinə nəzarəti ələ aldıqdan sonra 500 minə qədər insan zorakılıqların davam edəcəyindən ehtiyat edərək yaşadıqları yerləri tərk etməyə başlayıb.

Təşkilat zorakılıqdan qaçan insanların ya Mosul şəhərinin özündə yerlərini dəyişir, ya da Ninəva vilayətinin digər bölgələrinə və kürdlərin məskunlaşdıqları qonşu İrbil vilayətinə qaçdıqlarını bildirir.

Radikal sünni yaraqlılar şiə hökumətini məğlubiyyətə uğradaraq İraqın ikinci ən böyük şəhəri olan Mosula nəzarəti çərşənbə axşamı ələ alıb. İraqın hərbi komandirlərindən biri Bağdadın 350 kilometrliyində yerləşən Mosulun yaraqlılar tərəfindən ələ keçirilməsini təhlükəsizlik qüvvələrinin tam məğlubiyyəti kimi qiymətləndirib.

Ölkənin baş naziri Nuri Əl-Maliki ölkənin ağır mərhələdən keçdiyini deyib və ölkədə fövqəladə vəziyyətin elan edilməsi üçün parlamentdən təcili yığıncaq keçirməsini istəyib.
XS
SM
MD
LG