Accessibility links

ABŞ-ın dəstəklədiyi İraq qüvvələri cümə axşamı Mosulda İslam Dövlətinin nəzarət etdiyi istehkamlara qarşı hücum həyata keçirib.

Hücumda iştirak edən təhlükəsizlik qüvvələrinə Operativ Reaksiya Qüvvələri, federal polis və terrorla mübarizə dəstələri daxil olub. Onların hamısı hərbi təyyarələr tərəfindən dəstəklənib.

Cümə axşamı hava limanı və Mosulun cənubunda yerləşən hərbi bazaya hücum bazar günü İŞİD-i Mosuldan çıxarmaq məqsədilə başladılmış böyük əməliyyatın bir hissəsi idi. İraq qüvvələri şərqi Mosulu 2014-cü ildə şəhəri işğal edən İŞİD-dən ötən ay geri alıb.

Bu həftənin əvvəli ABŞ-ın müdafiə naziri Cim Mattis İraqa səfər edib və ABŞ-ın İŞİD-ə qarşı mübarizədə İraqı dəstəkləyəcəyinə söz verib.

Mosul uğrunda mübarizə bitəndən sonra Birləşmiş Ştatların İraqda qalıb-qalmayacağı barədə suala o, “düşünürəm ki, bu mübarizə hələ bir müddət davam edəcək və biz bir-birimizi dəstəkləməyə davam edəcəyik” deyib.

Qərbi Mosulda təxminən 750 min mülki vətəndaş var. Onların çoxu ötən ay baş verən ağır döyüşlər nəticəsində Mosulun şərqindən çıxarılmışdı.

Bu arada yardım agentlikləri yaxın günlər və aylarda Mosuldan 250 minə yaxın inasının qaçacağından narahatdır.

Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə agentliyi səylərini didərgin düşən insaları yerləşdirmək üçün yeni düşərgələrin salınmasına yönəldəcəyini bildirib. Agentlik artıq səkkiz düşərgənin inşasını bitirib və hazırda Mosuldan cənubda bir ərazidə yeni düşərgənin tikintisinə başlamağı planlaşdır.

XS
SM
MD
LG