Accessibility links

İraqın baş naziri Heydər Əl-Abadi deyib ki, ordu iki ildən çoxdur İslam Dövləti döyüşçülərinin nəzarətində olan ölkənin ikinci böyük şəhəri Mosula gözləndiyindən daha tez irəliləyir. Lakin yaxınlıqdakı qaçqın düşərgəsinin yardım işçiləri silahlı qüvvələr Mosula girdiyi zaman qaçacağı gözlənilən milyona yaxın insana yardımın mümkün olmayacağından narahatdır.

İraq və Peşmərqə ordusunun Mosulu İslam Dövlətindən geri alamaq üçün hücumlara başladığı zaman insanların evlərini tərk edib qaçacağına və ya öldürüləcəyinə baxmayaraq, qaçqın düşərgəsində məskunlaşan ailələr döyüşlərin tez bir zamanda başlamasını istəyirlər. “Bizim Mosulda tanıdığımız insanlar İslam Dövləti döyüşçülərinin nəyin bahasına olursa olsun, tezliklə getməsini istəyirlər” deyə, Ömər adlı qaçqın bildirir.

İslam Dövləti döyüşçüləri bu düşərgədə yaşayan 30 min insanı bir neçə dəfə qaşmağa məcbur edib. Zorakılıqdan buraya qaçanlar əldən düşmüş vəziyyətdə gəlirlər. Yardım işçiləri düşərgələrin dolu olduğunu və qaçqınlar üçün təcili olaraq müvəqqəti sığınacaqlar tikmək üçün daha çox vəsait lazım olduğunu deyirlər.

Əməliyyatlar davam etdikcə qaçqın ailələrin də sayı artacaq

Onların dediyinə görə, onlara vaxt lazımdır, lakin döyüşlər uzandıqca, vəziyyət daha da ağırlaşacaq. Barzani Xeyriyyə Fondundan Ruzgar Abid: “Əməliyyatlar davam etdikcə qaçqın ailələrin də sayı artacaq. Ona görə də insanlar qaçqınların sayının artacağını düşünür. Qarşıdan qış gəlir, bu isə problemlərin artacağı deməkdir. Biz onların hamısını sığınacaqla təmin edə bilməyəcəyik.”

Bu düşərgəyə gələn yeni qaçqınlar isə ərzaq, içməli su və yataqların çatışmazlığından şikayət edir. Qaçqınlar minalanmış çöllərdən əzabla keçdiklərini və buradan başqa gedəcəkləri yer olmadığını deyirlər.

XS
SM
MD
LG