Accessibility links

İki intiharçının çərşənbə günü Bağdadın şimalındakı toy məclisinə etdiyi hücum zamanı 26 nəfər ölüb, onlarla insan yaralanıb.

Bomba hücumlarının Tikrit şəhəri yaxınlığındakı Əl-Həcac kəndində həyata keçirildiyi deyilir.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmasa da, İslam Dövləti mülki vətəndaşlara və təhlükəsizlik qüvvələrinə qarşı bu kimi hücumlar həyata keçirir.

Bu ekstremist qrup hələ 2014-cü ildə Tikrit şəhərini və Bağdadın ətraf bölgələrini ələ keçirmişdi. Lakin bir il sonra İraq ordusu Birləşmiş Ştatların dəstəyi ilə həmin bölgələri geri almışdı. İslam Dövləti hələ də Mosulun nəzarəti uğrunda döyüşləri davam etdirir.

İraq ordusunun bildirdiyinə görə, Mosulun qərb bölgəsindəki əsas hökumət binaları ələ keçirilib. Bu nailiyyət hələ də İslam Dövlətinin nəzarəti altında olan şəhərdə ABŞ-ın başçılıq etdiyi koalisyanın havadan müşayiəti ilə əldə edilib.

XS
SM
MD
LG