Accessibility links

General Coş Votel düşmənın mülki əhali arasında fəaliyyət göstərdiyini deyir


Birləşmiş Ştatlar hərbi qüvvələri Mosulun şimal bölgəsində mülki vətəndaşların ölümünun dəhşətli faciə olduğunu deyib. O, bildirib ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın həyata keçirdiyi hava hücumlarının 100-ə qədər mülki vətəndaşın ölümünə səbəb olduğuna dair məlumatla bağlı araşdırmanı davam etdirir.


Pentaqon onu da əlavə edib ki, ilkin araşdırılmalara əsasən koalisiyanın hərbi təyyarələri martın 17-də mülki vətəndaşların öldürüldüyü iddia edilən Mosulun qərbində hava hücumları həyata keçirib.

İraq ordusu koalisiya qüvvələrinin dəstəyi ilə 2014-cü ildən bəri Mosulun İslam Dövləti militantlarının nəzarətində olan qərb bölgəsinin geri almağa çalışır.

Mosul uğrunda döyüşlər daha da ağırlaşır, əsasən də ona görə ki, düşmən mülki əhali arasında fəaliyyət göstərir

Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının rəhbəri General Coş Votel bazar günü etdiyi şərhində mülki vətəndaşların zərər çəkməməsi üçün fövqəladə tədbirlər görüləcəyini deyib.

"İraqın təhlükəsizlik qüvvələri nailiyyət əldə etdikcə Mosul uğrunda döyüşlər daha da ağırlaşır, əsasən də ona görə ki, düşmən mülki əhali arasında fəaliyyət göstərir," General Votel bildirib.

Bu gün açıqlanan məlumatda deyilir ki, koalisiya qüvvələri bazar günü Mosulda yeddi hava hücumu həyata keçirıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG