Accessibility links

İraqda silsilə hücumlar nəticəsində 12 nəfər həlak olub. Hücumlar parlament seçkilərindən bir ay əvvəl həyata keçirilir.

Mosul şəhərində 7 əsgər təhlükəsizlik məntəqəsində güllələnib. Ramadidə isə intiharçı hücumu 5 adamın ölümünə yol açıb. Hücum zamanı xəsarət alanlar da olub.

Maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində körpü dağılıb.

Yanvar ayında hökumət əleyhinə olan döyüşçülər tərəfindən bir hissəsi ələ keçirilən Ramidinin nəzarəti uğrunda mübarizə davam edir.

İraq son illər ən ağır hücumlara səhnə olub. Təkcə bu il 1400-dən çox insan öldürülüb.
XS
SM
MD
LG