Accessibility links

İraqın baş naziri Mosulun İŞİD-in nəzarətindən geri alınması prosesinə gözlənildiyindən daha tez başlanılacağını bildirib.

Heydən Əl-Əbədi bunu Qərb və Yaxın Şərq ölkələrinin xarici işlər nazirlərinin şəhərin geri alınmasından sonra sülh və sabitliyin bərqərar edilməsinə dair Paris görüşündə deyib.

"Qüvvələr sürətlə şəhərə doğru irəliləyir"-deyə Əbədi bildirib.

ABŞ-ın İraqdakı quru koalisiyasının rəhbəri, general Qeri Voleski isə deyib ki, qüvvələrin Mosula sürətlə yaxınlaşması düşmənə imkan yaratmaq deməkdir.

General bildirib ki, İŞİD şəhəri itirməyincə tamhüquqlu müdafiə metodundan istifadə edəcək. O deyib ki, bundan sonra yaraqlılar qeyri-adi üsullarla İraq qüvvələri və mülki əhaliyə qarşı hücuma keçəcək.

Genişmiqyaslı əməliyyatların hədəfi olan Mosulda 1.5 milyon mülki vətəndaşın olduğu təxmin edilir. Yardım agentlikləri şəhərdən əhalinin qaçmağa çalışması ilə fövqəladə vəziyyətlə qarşılaşıb. Vəziyyət onsuz da qırılma nöqtəsinə çatan İraqda çıxılmaz hal yaradıb.

5 minə yaxın insanın son 10 gün ərzində Suriya sərhədlərinə yaxın qaçqın düşərgəsində yer aldığı bildirilir. Qaçqınların sayının artması ilə düşərgələrdə yer olmayacağı riski artır.

Pentaqon sözçüsü çərşənbə axşamı müxbirlərə deyib ki, Birləşmiş Ştatlar hərbçiləri İraqın ikinci böyük şəhəri olan Mosulu geri almaq üçün genişmiqyaslı əməliyyatlarda iştirak edən 10 minə qədər kürd döyüşçüsü, İraqın 18 min nəfərlik hərbi qüvvələri və minlərlə İraq polisinə yardım edir.

XS
SM
MD
LG