Accessibility links

İraqın elitar qüvvələri Mosula daxil olub


İraqın elitar qüvvələri bu gün səhərdən etibarən Mosula qarşı hücuma keçib. Şəhər ətraflarında onlar güclü müqavimətlə üzləşsələr də, milli televiziya stansiyasını ələ keçirməyə nail olub.

General-mayor Sami Əl-Aridinin bildirdiyinə görə, qüvvələr Mosulun Qocalı məhəlləsinə irəliləyərkən İŞİD-qın müqavimətinə məruz qalıb.

General İslam Dövləti yaraqlılarının qüvvələrin irəliləyişinə mane olmaq üçün barrikadalar yerləşdirdiyini deyib.

Onların təslim olmaqdan başqa çıxış yolu yoxdur

İraq qüvvələrinin hücumları İŞİD-in Qocalıdakı mövqelərinə qarşı hava zərbələri ilə müşayiət edilir.

Cihadçılar isə hücumlara tanknvuran qurğular və reaktiv raketlərlə cavab verib.

İraqın baş naziri Heydən Əl-Əbədi Mosulda qalan cihadçılara xəbərdarlıq edərək, ordunun onları hər bir yerdə məhv etməyə hazır olduğunu deyib.

“Onların təslim olmaqdan başqa çıxış yolu yoxdur”-deyə baş nazir televiziya ilə çıxışı zamanı bildirib. Heydən Əl-Əbədi deyib ki, onların iki seçimi var-ölüm, ya da təslim olmaq.

Təhlilçilər şəhər uğrunda mübarizənin mülki əhalinin Mosulda qaldığına görə çətin olacağını bildirir.

İŞİD-dən qaça bilənlər yaraqlıların şəhərin yolları və binalarına partlayıcı qurğular yerləşdirdiyini deyir.

BMT milyona yaxın insanın evlərindən didərgin düşəcəyini təxmin edir. Bildirilir ki, şəhəri artıq 17900 adam tərk edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG