Accessibility links

İraq hərbi qüvvələri Mosulun qərb hissələrinə doğru irəliləyir


İraq hərbi qüvvələrinin rəsmilərinin bildirdiyinə görə, hərbi qüvvələr ABŞ-ın dəstəyi ilə Mosulun İŞİD-dən azad edilməsi məqsədilə keçirilən bir neçə hücumdan sonra şəhərin qərb hissələrinə doğru irəliləyir.

Bu inkişaflar əks-terror qüvvələrinin 2014-cü ildən İŞİD-in nəzarətində olan aeroportun nəzarətinin ələ keçirməsindən bir gün sonra baş verir.

Hərbi qüvvələr Qozlani hərbi bazasının nəzarətini ələ keçirib və son aylar ilk dəfə olaraq Mosulun Əl-Mamun hissəsinə daxil olub.

İraq hərbi qüvvələri Mosul hava limanının nəzarətinin ələ alınmasını təntənə edir, Mosul, İraq, 24 fevral 2017.
İraq hərbi qüvvələri Mosul hava limanının nəzarətinin ələ alınmasını təntənə edir, Mosul, İraq, 24 fevral 2017.

İraqın hava limanını ələ keçirməsi hərbi qüvvələrə Mosula cənub-şərqdən daxil olmaq və şəhərin Fərat çayının qərb sahilindəki hissəsinə nəzarət etmək imkanı verir.

İraq hərbi qüvvələri ölkənin ikinci ən böyük şəhərinin qərb hissəsinin azad edilməsi əməliyyatına bazar günü başlayıb. Yanvar ayında İraq hərbi qüvvələri Mosulun şərqi hissəsinin nəzarətinin ələ alındığını bildirmişdi.

İraq ordusunun general-leytenantı Raid Şakir bidirib ki, hərbi qüvvələr dronlar və ağır artilleriyanın müşayiəti ilə hava limanına bir neçə istiqamətdən daxil olub. Hərbi əməliyyatın ilk mərhələsində İŞİD tərəfindən zəif müqavimət göstərilib, lakin daha sonra aeroport binalarında İraq hərbi qüvvələri və militantlar arasında döyüşlərin getdiyi haqda xəbərlər verilib.

XS
SM
MD
LG