Accessibility links

Iraq qüvvələri Mosulun qərbinə doğru irəliləməyə davam edir


İraq qoşunları Mosulda İslam Dövlətinə qarşı döyüşərkən mülki vətəndaşları və qədimi tikililəri qorumaq üçün çox diqqəlti hərəkət etməlidir. Hökümət qüvvələri Mosulun qərbində bəzi irəliləyişlər əldə edib, lakin mülki vətəndaşların sıx məskunlaşdığı ərazilərdə gizlənən militantlar şiddətli müqavimət göstərir.

Helikopterlərlə dəstəklənən İraq ordusu Mosulun qərbinə doğru irəliləyib və əl-Nuri məscidi ətrafındakı ərazilərə qədər gedib çıxa bilib. 2014-cü ildə İŞİD liderlinin məşhur xütbə verdiyi məscidi ələ keçirmək hökümət üçün simvolik bir qələbədir. Lakin Mosulun Köhnə Şəhərini geri almaq böyük problemdir.

Birinci çətinlik mülki vətəndalara zərər verməməkdir, çünki İŞİD onlardan insan qalxanı kimi istifadə edir. İkincisi isə odur ki, ora qədim məhəllə olduğu üçün, biz ağır silahlardan istifadə etmirik.

“Bu ən çətin ərazilərdən biridir, amma biizm qüvvələr maşınlarından enib Köhnə Şəhərə daxil olmağa nail oldular.”

Militantların hökümət qoşunlarının şəhərə irəliləmələrinin qarşısını almaq üçün intiharçı bombalardan istifadə etdikləri güman edilir. Ordu rəsmiləri deyir ki, sıx məskunlaşmış Köhnə Şəhərdə döyüşmək olduqca çətindir.

“Birinci çətinlik mülki vətəndalara zərər verməməkdir, çünki İŞİD onlardan insan qalxanı kimi istifadə edir. İkincisi isə odur ki, ora qədim məhəllə olduğu üçün, biz ağır silahlardan istifadə etmirik.”

Mülki vətəndaşlar Mosulun qərbindən çox az sayda əşyalarını alıb qaçırlar, bəziləri isə qaçarkən minalara düşüb yaralanır.

“Yerlərdə cəsədlər var. Onlar maşının altında qalan minanın partlaması nəticəsində ölüblər. Toplam olaraq 15 cəsəd var. Onlar artıq çürüməyə başlayıb. Biz onları götürmək istədiyk, amma militantlar icazə vermədi. Onlar bizə atəş açdı.”

Mosulun qərb hissəsi
Mosulun qərb hissəsi

İraq höküməti oktyabr ayında ABŞ-ın dəstəyi ilə Mosulu İŞİD-dən geri almaq üçün hücuma başlayıb. Döyüş başlayandan bəri ərazidən 250 min insan didərgin düşüb.

“Vəziyyət dəhşətlidir. İslam Dövləti qrupu bizi məhv edib. Yemək yoxdur. Çörək yoxdur. Heç nə yoxdur.”

Şəhərdən qaça bilənlər isə özlərini bəxtəvər hesab edir. Lakin Mosulun Köhnə Şəhərində hələ də yarım milyona yaxın insan ilişib qalıb.

XS
SM
MD
LG