Accessibility links

İraq müharibəsinin əsas tərəfdarlarından biri olan Əhməd Çələbi vəfat edib


2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsinə kömək edən İraq siyasətçisi Əhməd Çələbi bu gün infarkt keçirərək dünyasını dəyişib.

Qanunvericilər və dövlət televiziyası bildirib ki, parlamentin maliyyə komitəsinin sədri kimi çalışan 71 yaşlı Çələbi bu gün Bağdadda vəfat edib.

Həyatınınb böyük bir hissəsini Böyük Britaniya və ABŞ-da keçirən Çələbi bu ölkələrdə magistr və doktorluq dərəcələrinə yiyələnib.

Onun ABŞ-la əlaqələri müharibəyə gətirib çıxaran əsas amillərdən idi və bu, uzun müddət hakimiyyətdə olmuş Səddam Hüseynin hakimiyyətdən devrilməsi ilə nəticələndi. Çələbi ABŞ-a kəşfiyyat məlumatları verərək Səddam Hüseyn hökumətinin Kütləvi Qırğın Silahlarına malik olduğunu iddia etmiş, ancaq bu məlumatın yalnış olduğu təsdiq edildikdən sonra onun etibarlılığına dair şübhələr ortaya çıxmışdı.

O, İraq siyasətinə qayıdaraq 2010-cu il baş nazirliyə namizəd olsa da, yetərli dəstək toplaya bilmədiyi üçün istəyinə nail ola bilməmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG