Accessibility links

Bağdad enerjiyə nəzarəti gücləndirmək istəyir


Mideast Iraq OPEC

Mideast Iraq OPEC

Hökumət Kürdüstandan Türkiyəyə neft şatışını dayandırmaq üçün beynəlxalq hüquq şirkətinə müraciət edib

Ötən il əldə edilən əhatəli enerji sazişinə əsasən İraq Kürdüstanının nefti Türkiyənin Çeyhan limanına nəql edilir. Bağdad isə enerjiyə nəzarəti gücləndirmək məqsədi ilə yarı-muxtar Kürdüstandan neft şatışını dayandırmaq üçün beynəlxalq hüquq şirkətinə müraciət edib.

İraqın mərkəzi hökuməti ixracla bağlı sazişin imzalanmasına yalınız onun hüququ çatdığını iddia edir.

İzmirin Yaşar Universitetinin enerji siyasəti eksperti Emre İşeri qanunu prosesin razılığıa hədə törətdiyini deyir. "Söhbət beynəlxalq qanunlardan gedir. Bu qanunlara qarşı getmək manevr sahəsini məhdudlaşdırmaq deməkdir."

Ankara isə kürdlərlə əldə etdiyi razılığın İraq konstitusiyasına zidd olmadığını bildirir. Türkiyə hökuməti Bağdadı razı salmaq üçün ciddi səylərə əl atıb.

Lakin Karneqi Avropa fondundan Sinan Ülgen hesab edir ki, Bağdadın beynəlxalq qanun şirkətinə müraciəti onun neftlə bağlı narahatlığının ciddiliyinə dəlalət edir. "Bu, Bağdadla Kürdüstan arasında balansı poza bilər. Bağdadı Bəsrə kimi digər regionların da eyni addımı atacağı qorxudur. Bağdad İraq ərazilərinə mərkəzdən nəzarəti itirmək istəmir."

Ekspertlər narahatlıqların yalnız İraq hökumətinə aid olmadığını deyir.

Emre İşeri bildirir ki, Bağdadın beynəlxalq qanun şirkətinə müraciət etməsinin onun güclü beynəlxalq dəstəyə malik olduğuna işarədir. "ABŞ və İranın İraqla bağlı mövqeyi hardasa üst-üstə düşür. Amerika İraqı bütöv görmək istəyir. İran da İraqın parçalanmasını istəmir. Bu həm də marketdə alternativ neft və qaz mənbəyi görmək istəməyən Rusiyanı da narahat edir."

Ankara üçün Kürdüstanla əldə etdiyi saziş iqtisadi prioritetdir. İraq Kürdüstanı Türkiyənin ikinci böyük ticarət partnyorudur. İndi bu tərəfdaşların aqibəti beynəlxalq hüquqşünaslar və hakimlərin əlindədir.
XS
SM
MD
LG