Accessibility links

İraq Müharibəsinin veteranı həyatla vidalaşmağa qərar verib


Əlil arabasında oturmuş Tomas Yanq musiqiçi Eddie Vedder-i dinləyir.
Əlil arabasında oturmuş Tomas Yanq musiqiçi Eddie Vedder-i dinləyir.
Doqquz il əzab çəkən və bədənin tədricən sıradan çıxmasını müşahidə edən Tomas Yanq həyatla vidalaşmağa qərar verib.

33 yaşlı Tomas Yanq 2004-cü il aprelin 4-də İraqın Sədr şəhərində döyüşlər zamanı snayper gülləsindən aldığı xəsarət nəticəsində sinədən aşağı iflic olub.

O, hərbi qüvvələrə 2001-ci il sentyabr ayının 11-dən sonra qoşulub və Əfqanistana gondəriləcəyini ehtimal edirmiş. 9 il xəstəliklə mübarizədən sonra o, bu əzaba son qoymağı seçib. Yanq hazırda terminal xəstələr üçün nəzərdə tutulmuş tibbi evdədir və ölməyə hazırlaşır.

“Mən bədənimin tədricən pisləşməsini görməkdən yoruldum və vaxtında bu dünyadan köçmək istəyirəm”-deyə ABC xəbər telekanalına telefon müsahibəsində bildirib: “Mən 9 ildir əzab çəkirəm, hər gün miskin olduğumu və mənim qayğıma qalan insanlara yük olduğumu hiss edirəm. Buna görə mən həyatdan getmək istəyirəm."

Yanq və onun həyat yoldaşı Klaudia Kuellar qonaqları əlavə bir neçə gün qəbul edəcək. Bu vaxt ərzində Yanq dostlarına və ailəsinə əlvida deyecək. Daha sonra o, müalicədən imtina edəcək. Həkimlər onun bundan sonra nə qədər yaşayacağını dəqiq bilmirlər. Ancaq 3-6 həftə arasında həyatına davam edəcəyini güman edirlər. Onlar bunu özünə qəsd hesab etmirlər. Bu, sadəcə insanın öz əzabına son qoymasıdır.

Yanq və Kuellar öz hekayələrini ictimaiyyətlə paylaşmağı qərarlaşdırıblar. Kuellar deyir ki, hekayələrini paylaşdıqları ilk gündən çoxlu mesajlar alıblar. Bəziləri onun qərarını dəstəkləyir, bəziləri isə dözümlü olmağı və mübarizə aparmağı tövsiyə edir.
Kuellar Yanqı sənədli filmdən sonra tanıyıb və bu yolla tanış olublar. Onlar keçən ilin aprel ayında evləniblər.

Yanq ağ ciyərdə damar tutulmasından və anoksik beyin travmasından əzab çəkir. Xəstəlik onun danışıq qabilliyətini zəiflədib və qollarının hərəkətini məhdudlaşdırıb.
XS
SM
MD
LG