Accessibility links

İraqın ən iri neftayırma zavodunun nəzarəti uğrunda döyüşlər şiddətlənib


Birləşmiş Ştatlar sünni yaraqlılara qarşı mübarizəyə yadım etmək üçün hərbi məsləhətçilər göndərməklə bağlı müzakirələr apardığı bir vaxt, bu gün də İraqın ən iri neftayırma zavodunun nəzarəti uğrunda ordu ilə yaraqlılar arasında döyüşlər davam edib.

Çərşənbə axşamından bəri Bağdaddan təqribən 250 km şərqdəki Beicidnin ən böyük neftayırma zavodunun nəzarəti uğrunda şiddətli döyüşlər gedir. Cümə axşamı alınan məlumatda tərəflərin hərəsinin zavodun bir hissəsini tutduğu bildirilib.

Bu arada Birləşmiş Ştatlar Dövlət Departamentinin bildirdiyinə görə, İraqın devrilmiş prezidenti Səddam Hüseynə aid kimyəvi silah zavodunun nəzati İŞİL döyüşçülərinin əlinə keçib.

ABŞ prezidenti cümə axşamı Ağ Evdə etdiyi çıxışı zamanı İraq hökumətinə yardım məqsədi ilə əlavə təchizat və 300 ABŞ məsləhətçisinin göndəriləcəyini bəyan edib. Ağ Evdə danışan Barak Obama deyib ki, müharibə İraqa ciddi zədə vurub.
XS
SM
MD
LG