Accessibility links

ABŞ İraqa əlavə təlimçilər göndərir


Prezident Obama əlavə 450 təlimçinin göndərilməsi haqda qərar verib

ABŞ Prezidenti Barak Obama ötən ay İslam Dövləti qrupunun yaraqlıları tərəfindən ələ keçirilən Ənbər vilayətinin paytaxtı Ramadi şəhərini geri almaq üçün İraq qüvvələrinə yardım məqsədilə əlavə olaraq 450 amerikalı hərbi təlimçinin ölkəyə göndərilməsi ilə bağlı qərar verib.

Keçən il militantların İraqın şimal və qərb bölgələrinin böyük bir hissəsini zəbt etməsindən sonra cənab Obama 3 min təlimçinin ölkəyə göndərilməsi haqda sərəncam vermişdi. 450 amerikalı yeni təlimçi və məsləhətçinin həmin qrupa qoşulacağı gözlənilir.

Təlimlərlə yanaşı ABŞ İraq və Suriyada İslam Dövləti qrupuna qarşı 4400 hava hücumu həyata keçirmiş beynəlxalq koalisiyaya başçılıq edir. Ağ Evin mətbuat katibi Coş Earnest bildirib ki, birgə strategiyanın uğurlu olduğuna dair dəlillər var.

Rəsmilər bildirib ki, plana Ənbər vilayətində yeni təlim bazası qurularaq sünni döyüşçüləri dəstəkləmək də daxildir.

Tənqidçilər cənab Obamanı militant qrupa qarşı strategiyanın hazırlanmamasında ittiham edirlər. Onlar ABŞ-ın İraqa piyada qüvvələrin göndərilməsinə çağırır, prezident isə hələlik bunu istisna edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG