Accessibility links

ABŞ İraqla bağlı çətin seçim qarşısındadır (Video)


ABŞ İraqla bağlı çətin seçim qarşısındadır
please wait

No media source currently available

0:00 0:02:24 0:00

ABŞ İraqla bağlı çətin seçim qarşısındadır

2011-ci ildə ABŞ qüvvələrini İraqdan çıxardıqdan sonra oraya qayıdış olmayacağını bəyan etmişdi. Lakin İraqdakı son durum Obama administrasiyasını siyasətini bri daha nəzərdən keçirməyə vadar edir.

2011-ci ilin dekabr ayında ABŞ qüvvələrinin İraqı tərk etməsi bir çoxlarında mürəkkəb bir dönəmin başa çatdığı ümidi yaratmışdı.

8 illik İraq müharibəsi, Əfqanıstan bir çox amerikalıda xarici münaqişələrə müdaxilə həvəsini öldürüb.

Bu, prezident Obamanın da siyasətinin əsasını təşkil edir. Baxmayaraq ki, o, ABŞ-ın yüzlərlə əsgərdən ibarət qüvvəsinin məsləhətçi qismində İraqa göndəriləcəyini bəyan edib. "Amerikalılar döyüş cəbhəsinə qayıtmayacaq. Onlar iraqlılara, İraq xalqı, region və Amerikanın maraqlarına hədə olan terrorimzlə mübarizədə yardım edəcək."

ABŞ-ın İraqdakı səfirliyinin mühafizəsinə 250 əsgər, məsləhətçi kimi isə 300 hərbiçi İraqa yola düşüb.

Milli Təhlükəsizlik Şurasının sabiq işçisi, təhlilçi Dəfnə Rəndin dediyinə görə, prezidentin bu bəyanatı ictimai rəyi əks etdirir. “İctimai rəy sorğularına nəzər salsanız, amerikalılar,İraq və Suriyada baş verməsindən asılı olmayaraq, hərbi qulluqçuların xarici münaqişələrə müdaxilə etməsini istəmir. Bu statistika Amerika ictimaiyyətinin düşüncəsinin təzahürüdür. ”

Lakin tənqidçilər İraq sünnilərinin hücumlarını Amerikanın İraqı tərk etməsinin ektremistlərin kök salmasına yardım etdiyini, İraqda sabitlik və ABŞ-ın maraqlarına hədə törətdiyini bildirir.

Respublikaçı Senator John McCain. “Yaxşı heç bir variant mövcud deyil. Pis variant isə heç nəyə yaramır.”

İraqdakı son durum 575 ABŞ hərbiçisinin müdaxiləsi ilə nəticələnib.Lakin gələcək hücumlar Obama administrasiyasına seçim buraxmaya bilər.

XS
SM
MD
LG