Accessibility links

İraqda neft kəmərində iki bomba partlayışı olub


İraqda neft kəmərində iki bomba partlayışı olub
İraqda neft kəmərində iki bomba partlayışı olub

İraqın cənubunda Bəsrə şəhəri yaxınlığında neft kəmərində partlayış yanğına və neftin nəqlinin kəsilməsinə səbəb olub.

İki bomba cümə günü Bəsrə yaxınlığında Rumeyla neft yatağında partlayıb.

Rəsmilərin bildirdiyinə görə, kəmərə zərər dəyib və istehsal müvəqqəti olaraq dayandırılıb.

Rumeylada əməliyyatlar Britaniyanın BP və Çinin neft şirkəti tərəfindən aparılır.

XS
SM
MD
LG