Accessibility links

İraqın şimal bölgəsindən neft ixracı gələn ilin əvvəli bərpa ediləcək


İraqın neft naziri Hüseyn əl-Şəhristani
İraqın neft naziri Hüseyn əl-Şəhristani

Bu barədə açıqlamanı İraqın neft naziri Hüseyn əl-Şəhristani verib

İraqın neft naziri Hüseyn əl-Şəhristani ölkənin yarı-muxtar kürd regionundan xam neft ixracının gələn ilin əvvəli bərpa ediləcəyini gözlədiyini bildirib. O deyib ki, İraqın şimalında kürd hökuməti gündə 150 000 barrel xam nefti icrac ediləcəyini vəd edib. Regiondan neftin ixracı İraqın mərkəzi hökuməti və kürd rəsmiləri ilə ödənişlərlə bağlı mübahisələrə görə dayanmışdır. Kürdlər regionun neftlə zəngin yataqlarının istismarı ilə bağlı xarici şirkətlərlə müqavilələr imzalayıblar. Lakin rəsmi Bağdad bildirir ki, bu müqavilələr hökumət nəzərə alınmadan imzalandığı üçün qeyri-qanunidir. İraq dünyanın ən zəngin neft yataqları olan üçüncü ölkəsidir. Keçən il neft hasilatını gündə 2,5 milyondan 12 milyon barrelə çatdırmaq məqsədilə enerji şirkətləri ilə bir sıra müqavilələr imzalanıb.

XS
SM
MD
LG