Accessibility links

İraq rəsmiləri İŞİD-i insan orqanları satmaqda ittiham edir


İraqın BMT-dəki səfiri İslam Dövləti yaraqlılarının özlərinə maliyyə yardımı üçün insan orqanları qaçaqmalçılığı ilə məşğul olması barədə xəbərdarlıq edib.

BMT Təhlükəsizlik Şurasında keçirilən brifinq zamanı səfir Məhəmməd Əli Əl-Hakim deyib ki, İslam Dövləti İraqdakı müxtəlif etnik və dini mənşəli iraqlılara qarşı ağır cinayətlər törədir. “Onların insanlığa qarşı soyqırım həyata keçirdikləri faktdır və onlar beynəlxalq ədalət qarşısında cavab verməlidirlər,” deyə, səfir bildirib.

Törətdikləri cinayətlərin çoxunu İslam Dövləti özü sənədləşdirib. Cənab Əl-Hakim deyib ki, ən dəhşətlisi İslam Dövləti yaraqlılarının insan orqanlarının satışı ilə məşğul olmasıdır.

İraq səfiri müxbirlərə son zamanlar hökumətinin 10-20 nəfərin dəfn edildiyi kütləvi qəbirlərdə insan orqanlarının alverini sübut edən dəlillər aşkar etdiyini deyib. “Kütləvi qəbirlər aşkar ediləndə, cəsədlər nəzərdən keçirilib. Onlardan bəziləri güllə, bəziləri isə bıçaqla qətlə yetirilib. Bəzi cəsədlərin isə böyrəklərinin olmadığı aşkar edilib.”

Onun dediyinə görə, İslam Dövləti orqanları beynəlxalq alıcılara çatdırmaq üçün nəzarətində olan Mosul və Hələb şəhərlərinin hava limanlarından istifadə edə bilər. Səfir onu da əlavə edib ki, son zamanlar İslam Dövləti yaraqlıları Mosulda insan orqanı çıxarmaqdan imtina edən çox sayda həkimi edam edib.

BMT-nin İraq üzrə baş elçisi Nikolay Mladenov də öz növbəsində insan orqanlarının qaçaqmalçılığ ilə bağlı məlumatların daxil olduğunu, lakin bunu təsdiq etmək üçün təhqiqat aparmağın mümkün olmadığını deyib.

Belə məlumatları təsdiq etmək olduqca çətindir. Əsasən də ərazisinin çox hissəsi İslam Dövlətinin nəzarətindəki İraqda.

Oxşar ittihamlar 1990-cı illərdə Balkan Müharibəsi zamanı 5 il əvvəl qaldırılmışdı. Amma Kosovo Azadlıq Ordusunun serb əsirlərin orqanlarını satması haqda ittihamlar heç vaxt sübuta yetirilmədi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG