Accessibility links

Bu gün İraqda 2011-ci ildə ABŞ qüvvələrinin ölkədən çıxarılmasından sonra ilk dəfə ümummilli seçkilər keçirilir. Seçicilər 328 yerli parlament seçkilərində səs verir.

Səsvermə məntəqələri ciddi təhlükəslzik tədbirləri altında işləyir.

Bağdadda nəqliyyatın hərəkəti yasaqlansa və bölgələrə çoxsaylı polis işçisinin yerləşdirilməsinə baxmayaraq, seçkilərlə bağlı zorakılıqlar nəticəsində İraq boyu 11 adam öldürülüb.

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal və qərb regionlarında seçki məntəqələrini hədəf alan yolkənarı bomba partlayışları və intiharçı hücumları həyata keçirilib.

Baş nazir Nuri Əl-Maliki üçüncü dəfə vəzifəsinə seçilməyə çalışır. Bağdadda çıxışı zamanı baş nazir seçiciləri fəallığa səsləyib.

BMT-nin təxminlərinə görə, ötən il İraqda 7800 mülki vətəndaş öldürülüb. 2014-cü ilin ilk üç ayı ərzində 2600 nəfər qətlə yetirilib.

Təkcə ötən bazar ertəsi və çərşənbə axşamı bomba hücumları və atışmalar nəticəsində 65 insan həyatını itirib.

Təhlilçilərin firkrincə, seçicilər təriqətlər və etnik zəmində səs verəcək. Heç bir partiyanın təkbaşına əksəriyyət əldə edəcəyi gözlənilmir.
XS
SM
MD
LG