Accessibility links

İraq parlamenti fəaliyyətini dayandırıb


İraqın baş naziri Hayder Əl-Abadi parlamentin talan edilmiş binasında

İraqın baş naziri Hayder Əl-Abadi parlamentin talan edilmiş binasında

İraq paytaxtı Bağdadda bazar günü vəziyyət siyasi böhran həddinə gəlib çatıb.

Şəhərdə fövqəladə vəziyyət elan edilib, etirazçılar paytaxtın beynəlxalq Yaşıl zona adlanan hissəsinin bəzi yerlərini ələ keçirib. Parlamentin üzvləri şəhəri tərk edir, hərbi qüvvələr isə yüksək hazırlıq səviyyəsindədir.

Bazar günü səhər şiə ruhan Müqtəda Əl-Sədrin başçılığı ilə etirazçılar partlament binasının qarşısındakı küçələrinə axışmağa davam edərək, Yaşıl zonada "Qələbə meydanı"nda toplaşıb.

Şiə ruhani Müqtəda Əl-Sədr Nəcəfdə tərəfdarları qarşısında çıxış edir,

Şiə ruhani Müqtəda Əl-Sədr Nəcəfdə tərəfdarları qarşısında çıxış edir,

Qanuvericilər şənbə günü etirazçıların parlamentə daxil olmasından sonra binanı tərk edib.

Azlıqda olan kürd və sünni partiyalarını təmsil edən təxminən 60 qanunverici paytaxtı tərk edərək, Kürdüstan muxtar regionunda İrbil və Süleymaniyyə şəhərlərinə gəlib.

Cəzalandırıla biləcəyindən ehtiyat edəcək, adının açıqlanmasını istəməyən bir qanunverici Amerikanın Səsinə vəziyyətin təhlükəli olduğunu və parlamentin bəzi üzvlərinin döyüldüyünü deyib.

Onun sözlərinə görə, Yaşıl zonada minlərlə etirazçı hökumət binalarının qarşısında toplaşıb.

Adətən paytaxtın yüksək svəiyyədə təhlükəsizliyin təmin edildiyi bu hissəsinə daxil olmaq üçün xüsusi buraxılış tələb olunur. Yaşıl zona BMT də daxil olmaqla beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərinin yerləşdiyi yerdir.

Siyasi iğtişaşlar

Parlamentin ələ keçirilməsi ölkədə həftələrdir davam edən siyasi hərcmərclik və qeyri-sabit vəziyyətin kulminasiya səviyyəsinə çatdığını göstərir. Hadisə ABŞ-ın vitse-prezidenti Co Baydenin Bağdada səfərindən bir neçə gün sonra baş verib.

Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, Baydenin səfəri ABŞ-ın İraqın baş naziri Haydar Əl-Abadinin ölkədə birliyin yaradılması və İŞİD-in qarşısının alınması səylərinə dəstəyi davam etdirdiyinə işarədir.

Sədr tərəfdaarları Bağdadda İraq parlamentinin binasını ələ keçirib

Sədr tərəfdaarları Bağdadda İraq parlamentinin binasını ələ keçirib

Lakin səfər ölkədə dərinləşməkdə olan siyasi böhranın qarşısını ala bilməyib.
Müqtəda Əl-Sədr texnokratlardan ibarət yeni hökumətin formalaşdırılmasını tələb edir.

İslahatların aparılmasına söz verən baş nazir Abadi əsl dəyişikliklərə nail ola bilməyib. Nüfuzunu əldən vermək istəməyən siyasi partiyalar onun təqdim etdiyi siyahıdakı bütün namizədləri rədd edib.

Baş nazir bazar günü parlamentin talan edilmiş binasında olub və daxili işlər naziri Məhəmməd Salem əl-Qabbaniyə hücumçuların məsuliyyətə cəlb edilməsini tapşırıb.

İğtişaşlar və narazılıqlar

Lakin siyasi partiyaların öz mövqelərini möhkəmləndirmək üçün mübarizə apardığı zaman iraqlılar arasında hökumətdə korrupsiya, ən adi xidmətlərdən məhrum olma və təhlükəsizliyin təmin olunmaması ilə bağlı qəzəb getdikcə artırdı.

Bəzən şiə millətçi adlandırılan Sədr xalqın qəzəbi və narazılığından istifadə edə bilib.

Sədr tərəfdarları Yaşıl zonada

Sədr tərəfdarları Yaşıl zonada

İraq hərbi qüvvələrinin adının açıqlanmasını istəməyən bir yüksək səviyyəli rəsmisi Amerikanın Səsinə deyib ki, Sədr sünnilər və xristianlar daxil olmaqla bir çox gənc iraqlı arasında dəstəyə malikdir: "Sədr insanların dəstəyinə malikdir. O, bir çıxışı ilə minlərlə adama istədiyini etdirə bilir. Bu, xalqın gücüdür."

Müharibə Tədqiqatları institutu Sədrin hakimiyyəti ələ keçirməsini de fakto siyasi çevriliş kimi dəyərləndirib.

Lakin Amerikanın Səsinə danışan hərbi rəsmi baş nazir Abadinin hərbi qüvvələrə hələ də nəzarət etdiyini və ölkəni idarə etməyə davam etdiyini deyib.

Rəqib şiə qruplar

Lakin o xəbərdarlıq edib ki, Bağdaddakı rəqib şiə qruplar Sədrin hakimiyyəti ələ keçirmək cəhdindən razı qalmaya bilərlər. Onun sözlərinə görə, İranla yaxın müttəfiqlikm əlaqələrinə malik olan olan tanınmış yarı hərbi Bədr Briqadası artıq paytaxt Bağdadın mərkəzinə toplaşmağa başlayır.

İraq təhlükəsizlik qüvvələri Sədr tərəfdarlarının toplaşdığı meydanda

İraq təhlükəsizlik qüvvələri Sədr tərəfdarlarının toplaşdığı meydanda

Bağdadda rəqib şiə qruplar arasında daxili çəkişmələr mümkündür və paytaxt sakinləri nələrin baş verə biləcəyini bilmədiklərini deyirlər.

Bununla yanaşı, İŞİD-in vəziyyətdən istifadə edərək hücumları intensivləşdirə biləcəyi ilə bağlı da narahatlıqlar mövcuddur. İraq təhlükəsizlik qüvvələri şəhərə bütün girişləri şənbə günü bağlayıb.

XS
SM
MD
LG