Accessibility links

İraqın Baş nazirinə yeni hökumətin təşkili tapşırılıb

  • Amerikanın səsi

İraqın Baş nazirinə yeni hökumətin təşkili tapşırılıb

İraqın Baş nazirinə yeni hökumətin təşkili tapşırılıb

Iraq prezidenti Cəlal Talabani ölkədə 8 ay davam edən siyasi qarşıdurmaya son qoyan razılığın bir hissəsi olaraq , baş nazir Nuri Əl-Məlikiyə rəsmən yeni hökumətin təşkil edilməsi işini tapşırıb. Prezident Talabaninin rəsmi müraciəti ilə cənab Əl-Məlikiyə yeni hökuməti təşkil etmək üçün 30 gün vaxt verilir. O, Bağdadda prezident sarayında İraq xalqını, bütün dinləri və təriqətləri təmsil edən siyasətçiləri və millətçiləri əvvəlki mübahisələri kənara qoyaraq, ölkənin tarixində yeni bir səhifə açmağa səsləyib. Prezident Talabani bu müraciəti iki həftə bundan öncə İraqın şiə, kürd və sünni siyasi liderlərinin cənab Məlikinin bu vəzifədə ikinci dönəm qalmasına imkan verən hakimiyyətin bölüşdürülməsinə dair razılıq əldə etməsindən sonra verir.

XS
SM
MD
LG