Accessibility links

İraq kürdlərinin lideri öz müqəddəratını təyin etməyə çağırır

  • Amerikanın səsi

İraq kürdlərinin lideri öz müqəddəratını təyin etməyə çağırır

İraq kürdlərinin lideri öz müqəddəratını təyin etməyə çağırır

Məsud Barzani deyib ki, İraq kürdləri ölkənin şimal regionunda öz müqəddəratını təyin etmək hüququna malikdir

İraqın kürd bölgəsinin prezidenti Məsud Barzani baş nazir Nuri əl-Məliki və yüksək səviyyəli digər rəsmilərin də iştirak etdiyi konfransda öz müqəddaratını təyin etmək məsələsini qaldırıb. Kürdüstan Demokrat partiyasının konfransında danışan Məsud Barzani deyib ki, kürdlərin İraqın şimal regionunda öz müqəddaratını təyin etmək hüququ var. O deyib ki, məsələni bu gün İrbildə açılan bir həftəlik konfransda müzakirəyə çıxarıb. Fransa xəbər agentliyinin verdiyi məlumata görə, bu, ilk dəfədir ki, cənab Barzani məsələni partiya konfransında rəsmən müzakirəyə çıxaraq, növbəti iclasda bununla bağlı səsvermə keçirməyi planlaşdrır. O bu çağırışı baş nazir əl-Məlikinin yeni hökuməti təşkil etmək səylərini davam etdirdiyi vaxt edir. Konfransda çıxış edən cənab Məliki yeni hökumətin bu ayın sonu hazır olacağını bildirib.

XS
SM
MD
LG