Accessibility links

İraqın xüsusi qoşunları Fəlluca şəhərinin mərkəzini azad etmək uğrunda bir aya yaxın davam edən döyüşlərdən sonra bələdiyyə binasını İŞİD yaraqlılarından geri ala bilib.

İraqın federal polis qüvvələrinin rəisinin sözlərinə görə, İŞİD yaraqlılarının güclü müqaviməti ABŞ hava hücumunun yardımı ilə qırılıb və İŞİD-in şəhər mərkəzindən çıxarılması ilə simvolik qələbə əldə edilib.

“Hökümətin tərkib hissəsi olan binanın azad edilməsi şəhərdə dövlət hakimiyyətinin bərqərar olmasını simvolizə edir” - deyə o, əlavə edib.

İŞİD Fəllucanı 2014-cü ildə işğal etmişdi. Ötən ay ərzində davam edən şiddətli döyüşlər sayəsində İraq qüvvələri şəhərin yarısından çıxunu azad edə bilib. Qoşunlar şəhərə səhər saat 6 radələrində daxil olub və İŞİD yaraqlıları tərəfindən ciddi müqavimət ilə üzləşməyiblər.

XS
SM
MD
LG