Accessibility links

İraqın ordu rəsmilərinin bildirdiyinə görə, İslam Dövləti yaraqlılarının Bağdadın qərbində yerləşən Ramadi şəhərindən çıxarılmasından sonra sünni qəbilə döyüşçüləri şəhərin nəzarətinin saxlanmasına yardım edir.

İraqın baş naziri Heydər Əl-Abadi hökümət qüvvələrinin şəhərdə hökümət binasını ələ keçirməsindən sonra Ramadini ziyarət edib.

Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumlarının İraq ordusuna köməyi ilə geri alınan Ramadinin bəzi yerlərində döyüşlərin davam etdiyi bildirilir.

Koalisiya qüvvələrinin sözçüsü, Birləşmiş Ştatların ordu generalı Stiv Vorren çərşənbə axşamı deyib ki, İslam Dövlətinin Ramadidə olan mindən çox yaraqlısından 150-dən 200-ə qədəri hələ də şəhərdədir.

Son 6 ay ərzində Ramadi ərazisinə 600-dən çox hava hücumu edilib.

XS
SM
MD
LG