Accessibility links

Ramadinin hökumət binaları kompleksində milli bayraq asılıb


İraq rəsmiləri Ramadinin İslam Dövləti yaraqlılarından azad edildiyini və şəhərdəki əsas hökumət binasına milli bayraq asıldığını bildirib.

İraq ordusu İslam Dövləti yaraqlılarının şəhəri tərk etməzdən əvvəl partlayıcı qurğular yerləşdirdiyi və tələlər qurduğundan ehtiyat edərək, bu gün küçələri təmizləməyə başlayıb.

Bazar günü təhlükəsizliyi təmin etdikdən sonra İraq qüvvələri şəhərdəki hökumət binalarının kompleksində işlərə başlayıb. İslam Dövləti Ənbar vilayəti paytaxtının nəzarətini may ayında ələ almışdı.

İraq ordusu çihadçılardan hələ də şəhərdə qalanlar olduğunu deyib. Rəsmilər cihadçıların şəhərdən bazar günü qaçdıqlarına görə orduya qarşı heç bir müqavimət olmadığını bildirib.

Paytaxt Bağdaddan 100 km-likdə yeləşən Ramadinin mərkəzində nə qədər mülki vətəndaşın qaldığı məlum deyil. Lakin ordu sözçüsü sakinlərin yaxınlıqdakı xəstəxanalarda sığınacaq tapdığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG