Accessibility links

İraq baş naziri İslam Dövlətindən geri alınan Ramadiyə səfər edib


İraqın Baş naziri Heydər Əl-Abadi hökümət qüvvələri ölkənin qərbində ən mühüm şəhərdə hökümət binasını ələ keçirəndən sonra Ramadini ziyarət edib. İraqın dövlət televiziyası Abadinin Ramadidə olduğunu bildirsə də, heç bir əlavə məlumat verməyib. Lakin İraq ordusunun zabitinin Associated Press-ə verdii məlumata görə, baş nazir təhülkəsizlik və əyalət rəsmiləri ilə görüşüb.

İraq qüvvələri çərşənbə axşamı Ramadini İslam Dövləti qrupunun döyüşçülərindən təmizləməyə çalışıblar. Onlar küçələr və binalardakı bombaları zərərsizləşdirə bilib. Şəhər yaxınlığında isə fasilələrlə davam qarşıdurmalar baş verib.

İslam Dövləti qrupunun Ramadini may ayında ələ keçirməsi baş nazir Abadinin hökuməti və yaraqlılara qarşı mübarizə aparan ordu üçün böyük uğursuzluq olmuşdu.

Lakin bazar ertəsi Ramadi uğrunda mübarizədə əldə olunan uğurdan sonra Abadi İraq televiziyası vasitəsilə bildirib ki, 2016-da İslam Dövləti qrupu tamamilə İraqdan çıxarılacaq. O, ordunun növbəti hədəfinin ölkənin ikinci ən böyük şəhərinin olduğunu deyib.

“Biz Mosulu azad etməyə gəlirik və bu, İslam Dövlətinə endirəcəyimiz son ölümcül zərbə olacaq,” deyə Heydər Əl-Abadi bildirib.

İŞİD Mosula nəzarət edir

Biz Mosulu azad etməyə gəlirik və bu, İslam Dövlətinə endirəcəyimiz son ölümcül zərbə olacaq.

Heydər Əl-Abadi

İslam Dövləti Mosula 2014-cü ilin iyun ayında qrup İraqın şimal və qərb bölgələri, eləcə də Suriyanın şərq hissəsində böyük əraziləri ələ keçirəndən bəri nəzarət edir.

ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava hücumları və hökümət tərəfdarı yaraqlıların dəstəyi ilə İraq qüvvələri ərazini geri almaq uğrunda apardığı mübarizədə uzun zamandır irəliləyiş əldə etməyə çalışıb, amma buna daha yeni nail ola bilib.

Kürd qüvvələri də Mosulun şimal və şərqində yerləşən ərazilərdən İŞİD-in təmizlənməsində uğurlar əldə etsə də, özlərinin ənənəvi ərazilərindən kənarda əməliyyatlar aparmır.

İraqın maliyyə naziri Hoşyar Zebari əhalisinin əksəriyyətini sünnilərin təşkil etsdiyi Mosulun alınması üçün kürdlərin yardımının əhəmiyyətini vurğulayıb. O, Reuters xəbər agentliyinə Peşmərgə döyüşçülərinin “əsas qüvvə” olduğunu və bu döyüşdə onlara böyük ehtiyacın olduğunu bildirib. Zebarinin sözlərinə görə, şəhərin ətrafının İŞİD-dən təmizlənməsi lazım olan ərazinin böyüklüyü nəzərə alınsa, bu əməliyyata yerli sünni döyüşçülər və İranın dəstəklədiyi yarı-hərbi qüvvələrin də cəlb olunması zəruridir.

Ramadi

Ramadi

Ramadidə qələbə sevincini yaşayan İraq döyüşçüləri bazar ertəsi şəhərin mərkəzində yerləşən hökümət qərargahının üzərində bayraq qaldırıblar. Digərləri isə Ənbər vilayətinin paytaxtının küçələrində parad keçirib, silahlarını nümayiş edib.

İraq rəsmiləri deyib ki, növbəti addım Ramadi və şəhər ətrafında ərazini İslam Dövləti qrupunun yerləşdirdiyi saysız mina və bombalardan təmizləməkdir.

Hər iki tərəfdən ölən və yaralananların sayı dəqiq məlum deyil. Mülki vətəndaşlar isə xəstəxanalara yerləşdirilib.

Birləşmiş Ştatlar İraq qüvvələrinin Ramadidə əldə etdiyi uğurları alqışlasa da, şəhəri İslam Dövləti qrupundan azad elan etməyib.

“İraq təhlükəsizlik qüvvələrinin Ramadini geri almaq uğrunda apardığı mübarizədə nümayiş etdirdiyi davamlı irəliləyiş onların cəsarət və qətiyyətinin və bizim İŞİD-i yox etmək kimi ortaq öhdəliyimizin nəticəsidir,” deyə Ağ Ev bildirib.

İraq təhlükəsizlik qüvvələrinin Ramadini geri almaq uğrunda apardığı mübarizədə nümayiş etdirdiyi davamlı irəliləyiş onların cəsarət və qətiyyətinin və bizim İŞİD-i yox etmək kimi ortaq öhdəliyimizin nəticəsidir.

Ağ Ev kimi müdafiə naziri Ashton Carter də bazar ertəsi Ramadidə baş verənləri şəhərin geri alınması uğrunda əldə olunan irəliləyiş adlandırıb.

Dövlət katibi Con Kerri deyib ki, “İraq ordusu qətiyyət, cəsarət və düşməni sıxışıdırmaq bacarığı ilə şəhərin İŞİD terrorundan qaçan ailələrə geri qaytarılması üçün mübarizə aparırır.”

Aylarca davam edən planlaşdırma

Aylardır davam edən hazırlıqdan sonra ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava hücumlarının dəstəyi ilə İraq qüvvələri ötən həftə şəhəri yenidən ələ keçirmək məqsədilə Ramadinin mərkəzinə daxil olub.

ABŞ ordusunun bildirdiyinə görə, onlar ötən həfət ərzində İslam Dövləti qrupunun hədəflərinə qarşı 29 hava hücumu həyata keçirib. Bu hücumlardan üçü bazar günündən bazar ertəsinədək Ramadini hədəf alıb və nəticədə İslam Dövləti qrupunun 12 döyüşçüsü yaralanıb.

ABŞ-ın hərbi sözçüsü polkovnik Stiv Uorren bildirib ki, may ayından bəri koalisiya Ramadi və onun ətrafında 630 hava hücumu həyata keçirib və şəhəri geri alan İraq qüvvələrinə təlim keçib.

Dağılmış şəhər

Ramadinin mərkəzi və ətraf rayonlardan çəkilən videoda şəhərin dağıldığı göstərilir.

Bir ordu komandiri dövlət televiziyasına İŞİD yaraqlılarının bir çox binada mina tələləri yerləşdirdiyini və əsgərlərə bombalarla hücum etdiyini bildirib.

General Əbdül Qani Əl-Əssədi əsgərlər arasında tələfatları qeyd edib və onların bir çoxunun İslam Dövləti qrupuna qarşı mübairəzədə canından keçdiyini bildirib.

Londonda fəaliyyət göstərən Xarici Siyasət Mərkəzində təhlilçi Ceyms Denselou (James Denselow) Amerikanın Səsinə bildirib ki, Ramadi əməliyyatının uğuru sünni sakinlərin şəhərə dönüb-dönməməsi ilə müəyyən olunacaq.

Süni sakinlərin geri qayıtması üçün onlar şəhərdə onların maraqlarını qoruyacaq qüvvənin olduğunu hiss etməlidir.

“Süni sakinlərin geri qayıtması üçün onlar şəhərdə onların maraqlarını qoruyacaq qüvvənin olduğunu hiss etməlidir. Onlar orada “qalibin ədaləti”nin olduğunu, yəni güclü olanın haqlı olduğunu düşünməməlidir. Onlar əvvəllər azad olunan digər şəhərlərdə də şahid olduqlarımızı yaşamalıdır. Hazırda İraqda müxtəlif bayraqlar altında fəaliyyət göstərən bir sıra silahlı qruplar mövcuddur, bu isə vahid İraq üçün təhlükədir,” deyə o bildirib.

Lakin Denselou xəbərdarlıq edir ki, “nisbətən az sayda olan İŞİD döyüşçülərinin bu qədər uzun müddət ərzində bir əraziyə nəzarət edib oranı məhv etməsi gələcəkdə baş verəcəklər barədə narahatlıq yaradır.”

XS
SM
MD
LG