Accessibility links

İraq ordusu Ramadini geri almağa hazırdır [Video]


INTRO: İraq ordusu Ənbar vilayətinin paytaxtı Ramadini İslam Dövləti yaraqlılarından geri almaq üçün bir neçə aydır hazırlıqlar görür. Birləşmiş Ştatlar İraq qüvvələrinin artıq bu şəhəri geri almaq üçün son təkan verməsi vaxtının çatdığını bildirir.

İraq qüvvələrinin keçən həftə Əl-Ənbar vilayətinin paytaxtı Ramadi ətrafına 15 km yaxınlaşdığı bildirilmişdi. Belə bir irəliləmə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin son 10 gündə Ramadi və onun ətrafında hava hücumları həyata keçirməsindən sonra olub. “Ramadi uğrunda son uğurlar bizim hava hücumları, kəşfiyyat və müşahidə işlərini artımağımız səbəboldu. Biz son hücumların vaxtının çatdığına inanırıq” deyə, general Stiv Vorren bildirir.

Birləşmiş Ştatlar rəsmiləri İraq ordusunun Ramadinin dörd girəcəyində nəzarəti ələ aldığını deyir. General Vorren deyir ki, 600-dən 1000-ə qədər İslam döyüşçüsünün olduğu şəhərə daxil olmaq üçün minalanmış torpaqlardan çox ehtiyatla keçmək lazımdır.

İraq uzun müddətdir döyüşən və artıq yorulan əsgərləri yeniləri ilə əvəz edib. Onlardan çoxuna koalisiya qüvvələri təlim keçib.

İslam Dövləti döyüşçülərinin Ramadiyə daxil olmalarına imkan verilməsi, bu il koalisiya qüvvələrin ən böyük səhvi oldu. Lakin rəsmilər deyirlər ki, İslam Dövləti o vaxtdan bəri irəliyə gedə bilməyib.

General Vorren: “Ramadiyə daxil olandan bəri onlar İraqın bir mm ərazisini belə ala bilməyiblər. Onlar yalnız oturub yoldaşlarının hava və yer zərbələri nəticəsində ölmələrini izləyirlər.”

General Vorren may ayından bəri İslam Dövlətinın İraq və Suriyadakı orta və yüksək səviyyəli 70 lideri öldürüldüyünü deyir. Bu, hər iki gündən bir, bir liderin ölməsi deməkdir.

XS
SM
MD
LG