Accessibility links

İslam Dövləti yaraqlıları İraqın Ənbar vilayətində əlavə əraziləri tutub


Yerli sakinlər və şahidlərin dediyinə görə, İslam Dövləti yaraqlıları İraqın Ənbar vilayətində əlavə əraziləri tutub.

Səhər tezdən hücuma keçən yaraqlılar Əlbu-Qənim bölgəsinin nəzarətini ələ keçirib.

İraqın baş naziri Heydər Əl-Əbədi ötən həftə Ənbar vilayətindəki qüvvələrə baş çəkərək, İslam Dövləti yaraqlılarına qarşı əməliyyatlara start verilməsinə sərəncam verib.

Çərşənbə axşamı günü ABŞ prezidenti Barak Obama ilə görüşən Əbədi yaraqlılarla mübarizə üçün Vaşinqtondan yardım istəyib.

ABŞ dövlət başçısı 205 milyon dollarlıq humanitar yardım vəd etsə də, hərbi yardımlar barədə ictimaiyyətə açıqlama verməyib.

ABŞ Ənbər vilayətində döyüşlər aparan İraq qüvvələrinə İslam Dövlətinin mövqelərinə qarşı hava zərbələri ilə dəstək verir.

XS
SM
MD
LG