Accessibility links

İraq qüvvələri Ramadini geri almaq üçün hücuma keçib [Video]


FILE - Fighters from the al-Qaida-linked Islamic State of Iraq and the Levant (ISIL), now called the Islamic State group, march in Raqqa, Syria, Jan. 14, 2014.

FILE - Fighters from the al-Qaida-linked Islamic State of Iraq and the Levant (ISIL), now called the Islamic State group, march in Raqqa, Syria, Jan. 14, 2014.

Şiə müsəlman silahlılar və İraqın hökumət qüvvələri dünən Ramadinin şərqindəki İslam Dövləti yaraqlılarına qarşı əks-hücuma keçib. Bu, bir həftə əvvəl ekstremistlərin əlinə keçən şəhərin geri qaytarılmasına ilk cəhddir.

Mayın 17-də Ənbər vilayətinin paytaxtı Ramadinin təslim olması, Bağdadın mərkəzi hökumətinə ağır zərbə vurub.

Sünni İslam Dövləti ekstremist qrupu Ənbər vilayətinin Səudiyyə Ərəbistanı, İordaniya və Suriya ilə sərhəd bölgələrinə demək olar ki tam nəzarət edir.

Analitiklər deyir ki, cihadçılara cavab verilməsə, fəsadları çox acı ola bilər.

Dünən şahidlərin Reuters xəbər agentliyinə bildirdiyinə görə, şiə döyüşçülər Ramadi yaxınlığındakı 3 qəsəbəyə doğru istiqamət alıb. Onlardan biri - İslam Dövlətinin nəzarətində olan Hüseyba Əl-Şərqiyyə regional paytaxtdan 7 kilometr şərqdədir. Atışmalar barədə məlumat verilsə də, tələfat barədə hələlik heç bir informasiya yoxdur.

ABŞ ordusu

ABŞ hərbi qüvvələri beynəlxalq koalisiyanın İraqda ötən gecə Ramadi, İslam Dövləti qrupunun istinadgahı olan Mosul və neftayırma zavodunun yerləşdiyi Beici şəhərləri ətrafındakı ərazilərin hədəf alındığı 22 hava hücumu keçirdiyini bildirib.

Koalisiyanın hərbi təyyarələri Suriyada İslam Dövləti qrupunun keçən həftə üstünlüyü nail olduğu Palmira şəhəri yaxınlığında da hava hücumları keçirib.

İslam Dövləti qrupunun döyüşçüləri çərşənbə günü hökuməti qüvvələrini məğlub etdikdən sonra qədim şəhərin muzeyində reyd keçirib. Dəməşqdə Qədim Abidələr və Muzeylər Departamentinin direktoru Mamun Əbdülkərim Ramadi muzeyindəki qədim əsərlərin təhlükəsizlik məqsədilə muzeydən çıxarıldığını bildirib. Tadmor adı ilə tanınan qədim Palmira şəhəri YUNESKO-nin Dünya Mədəni İrsi siyahısına salınıb.

XS
SM
MD
LG