Accessibility links

Müharibələrin uşaqlara psixoloji təsirləri [Video]


İslam Dövlətinin İraqın şimal bölgəsində törətdikləri iki milyona qədər insanın didərgin düşməsinə səbəb olub. Baş verənlər uşaqlar da daxil edilməklə, onların yarısına dərin mənəvi təsir göstərib.

İslam Dövləti yaraqlılarından qaçan 3 minə qədər iraqlı Baharki qaçqın düşərgəsində məskunlaşıb. Onların çoxu uşaqdır. 10 yaşlı Zeynəb Samir evlərindən didərgin düşdüklərinə görə İslam Dövlətinə, onların dili ilə Daeşə nifrət etdiyini deyir. “Əvvəlcə biz məktəbimizi itirdik, sonra Daeş bizim evimizi əlimizdən aldı. Onlar oradan çıxarılmalıdırlar ki, biz evimizə dönə bilək.”

Zeynəb düşərgədəki böyüklərə xüsusilə qəzəblidir. “Bu insanlar niyə görə burada oturub? Onlar polisə şikayət etməli, silah götürüb terrorçularla mübarizə aparmalıdırlar ki, biz evimizə qayıda bilək.”

Psixiator Naz Əbdül-Rəhman müharibə və zorakılıqların uşaqlara ciddi təsir göstərdiyini deyir. “Biz, 5-6 yaşlarındakı qəzəbli uşaqlar barədə çox sayda məlumat alırıq. Onlar əşyaları sındırır, hətta çadırları belə yandırır. Bütün bunlar qəzəbdən irəli gəlir.”

Zeynəb isə o qədər qəzəblidir ki. yaraqlılarla özü döyüşmək istəyir. “Biz az da böyüyüm, mən silah götürüb Daeşlə özüm mübarizə aparacam. Əgər onlardan heç olmasa birini öldürsəm, onlar da məni öldürəcək və mən şəhid olacam.”

Psixoloqlar və bu sahə üzrə mütəxəssislər qaçqın düşərgəsindəki məktəblərdə seanslar keçirir və valideylərə xüsusi məsləhətlər verməyə çalışır. Lakin İraqın şimal-şərq bölgəsində 20 nəfər psixiator var və yardıma ehtiyacı olanların çoxuna növbə çatmır.

XS
SM
MD
LG