Accessibility links

İraqda 50 min "ruh" əsgər var


İraqın baş naziri Heydər Əl-Əbədi araşdırmaların nəticələrinin məvacib ödənilən 50 min saxta əsgər adının mövcud olduğunu göstərdiyini bildirib.

Baş nazir bunu İraq qanunvericiləri qarşısındakı çıxışı zamanı bəyan edib.Korrupsiya ilə mübarizəni gücləndircəyinə söz verən Əbədi bir neçə yüksək rütbəli komandiri vəzifəsindən kənarlaşdırıb və ya icbari təqaüdə göndərib.

Qanunverici Kamran Bajelan Amerikanın Səsinə bildirib ki, "ruh" əsgərlər baş nazirin dediyindən qat-qat artıqdır.

Saxta adlar altında alınan maaşlar komandirlərin və mövcud, lakin hərbi xidmətdə olmayan əsgərlərin cibinə gedir.

İraqda korrupsiyanın İslam Dövlətinə qarşı mübarizəyə mane olduğu deyilir.

ABŞ bu qrupla mübarizə üçün İraqa hərbi məsləhçilərdən ibarət komanda göndırib və İraqın təhlükəsizlik qüvvələrinə İslam Dövlətinə qarşı hava hücumları ilə yardım edir.

XS
SM
MD
LG