Accessibility links

Iraq Rusiya ilə 4.2 milyardlıq silah sazişini ləğv edib


Iraq Rusiya ilə 4.2 milyardlıq silah sazişini ləğv edib. Baş nazir Nuri Əl-Malikinin sözçüsü saziş ətrafındakı şübhəli korrupsiya hallarına görə razılığın ləğv edildiyini bu gün bəyan edib. Sözçü bildirib ki, hazırda təhqiqat aparılır. Lakin təhqiqatın İraq və ya Rusiya ilə bağlı olduğu bəlli deyil.

Bağdad və Moskva arasında silah sazişi oktyabr ayında imzalanmışdı. Razılığa əsasən Rusiya Amerikadan sonra İraqın ən böyük silah təminatçısı olmalı idi.

Rusiyanın dövlət Rosoboronexport agentliyi məsələyə münasibət bildirməkdən imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG