Accessibility links

Razılığa 30 ədəd Mİ-28 hərbi vertolyot və 42 ədəd Pantsir-S1 raketdən müdafiə sistemi daxildir

İraq Rusiyadan 4.2 milyard dollarlıq silah almağı nəzərdə tutan müqavilə imzalayıb. Kreml bu barədə bəyanatı bu gün, Rusiya baş naziri Dmitri Medvedevin iraqlı həmkarı Huri Əl-Maliki ilə görüşündən sonra açıqlayıb.

Razılaşmaya əsasən İraq Rusiyadan 30 ədəd Mİ-28 hərbi vertolyot və 42 ədəd Pantsir-S1 raketdən müdafiə sistemi alacaq.

Bəyanatda deyilir ki, İraqın müdafiə naziri Səədunə əl-Duleyminin iştirakı ilə aprel ayında bu məsələ ilə bağlı iki ölkə arasında ilkin müzakirələr keçirilmişdi.

Sonradan İraq nümayəndələri iyul və avqust aylarında Rusiyaya səfər etmişdilər.
XS
SM
MD
LG